Toyda kişidən Manafın duet ortağına qarşı tərbiyəsizlik: 5 min dollar qarşılığında... - VİDEO

"Mənim yanımda özünü göstərirdi"

Ötən gün Xəzər TV-də yayımlanan "5/5" veriişində maraqlı anlar yaşanıb.

AzNews.az xəbər verir ki, verilişin qonaqları müğənnilər Manaf Ağayev və Ülviyyə Namazova olub.

Manaf toyda başlarına gələn bir hadisədən danışıb:

"Toyda oturmuşduq. Bir kişi bizim masaya yaxınlaşdı. Ülviyyəyə 5 min dollar təklif etdi ki, gəl, bizim masada otur. Mənim yanımda özünü göstərirdi. Sağ olsun, Ülviyyə elə sifət göstərdi ki, dedim sənə halal olsun".

Proqramdan sözügedən görüntüləri sizə təqdim edirik:

Aynur

AzNews.az