“Gözləməyimizə dəydi. Serenayı yaxından gördük" “Gözləməyimizə dəydi. Serenayı yaxından gördük"

Aktrisa bahalı ayaqqabıları ilə diqqət çəkdi

“Gözləməyimizə dəydi. Serenayı yaxından gördük"

Türkiyənin məşhur aktrisası Serenay Sarıkayanın iki həftə əvvəl geyindiyi 7 min lirəlik “Louis Vuitton” şəpitləri “Twitter”də müzakirəyə səbəb olmuşdu.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Nişantaşı səmtində görüntülənən aktrisa bu dəfə 6 min lirəyə olan “Prada” çəkmələri və tərzi ilə diqqət çəkib.

Sürücüsünü gözlətməli olan Serenay tıxac yaranmasına səbəb olub. Belə ki, aktrisanın maşını yolu bağlayıb və digər sürücülərin hərəkətinə mane olub.

Narazılıq edən sürücülər Serenay Sarıkayanı görəndə bu reaksiyanı verib:

“Gözləməyimizə dəydi. Serenayı yaxından gördük” .

Bunu eşidən aktrisa gülüb.

Səidə Vahid

AzNews.az

image description