Yamaykalı qız "Miss Dünya 2019" müsabiqəsinin qalibi oldu - VİDEO+FOTO

Rusiya təmsilçisi yarımfinalçılardan biri olub lakin finala çıxa bilməyib

Yamayka təmsilçisi Toni-Enn Singh şənbə günü Londonda keçirilən "Miss Dünya 2019" Beynəlxalq müsabiqəsinin qalibi olub.

AzNews.az xəbər verir ki, Rostov vilayətini təmsil edən "Miss Rusiya 2019" titulunun sahibi Alina Sanko müsabiqədə iştirak edən 12 yarımfinalçıdan biri olub, lakin finala çıxan beş qız arasında qalmayıb.

İkinci yer Fransalı qaradərili qadın Ofeli Mezinoya, üçüncü yer isə Hindistan təmsilçisi Suman Ratansinqh Raoya qismət olub.

Tacın yeni sahibinin 23 yaşı var. O, Florida Dövlət Universitetində (ABŞ) psixologiya və feminologiya ixtisasını öyrənir. Onun hobbisi kulinariya, video bloqunun aparılması və mahnı oxumaqdır.

Singhin məhz mahnı oxumağı ona istedad müsabiqəsində qələbə qazandırıb. Opera ariyaları oxumaq bacarığı ilə öyünən Yamaykalı amerikalı müğənni Uitni Hyüstonun (1963-2012) "Mənim heç nəyim yoxdur" (I have nothing) məşhur mahnısını münsiflər heyəti və tamaşaçılar üçün ifa edib.

"Mənə elə gəlir ki, bu səhnədə mən dünyanı dəyişməyə can atan qadınlar nəslini təmsil edirəm. Deyə bilmərəm ki, mən başqa müsabiqəçilər arasında nədəsə fərqlənirəm, amma mənim fərqləndirici cəhətim digər qadınlara kömək etmək və onların imkanlarını üzə çıxarmaqdır", - deyə Singh Britaniya teleaparıcısı və müsabiqənin münsiflər heyətinin üzvü Pirs Morqanın “Niyə məhz siz qələbə qazandınız?” sualına cavab verərkən bildirib.

2018-ci ildə bu tacın sahibi meksikalı Vanessa Ponse olub. Rusiya təmsilçiləri müsabiqədə iki dəfə qələbə qazanıblar: 1992-ci ildə San - Siti (CAR) şəhərində Yuliya Kuroçkina, 2008-ci ildə isə Yohannesburqda (CAR) Kseniya Suxinova qələbə sevincini yaşayıb.

AzNews.az

image description image description