Azərbaycan cəmiyyəti heç vaxt ölkəmizin imperialist mərkəzlərin terror paliqonuna çevrilməsinə izn verməyəcək. Azərbaycan cəmiyyəti heç vaxt ölkəmizin imperialist mərkəzlərin terror paliqonuna çevrilməsinə izn verməyəcək.

"Əsas məqsədləri Azərbaycanı suriyalaşdırmaqdır"

Azərbaycan cəmiyyəti heç vaxt ölkəmizin imperialist mərkəzlərin terror paliqonuna çevrilməsinə izn verməyəcək.

"Yanvar ayının 19-da radikal müxalifət mitinq keçirdi və bəlli oldu ki , ictimai diqqətə çatdırmaq istədikləri fikirlər düz 25 il bundan əvvəl səsləndirdikləri fikirlərin eynisidir. Bu, onun göstəricisidir ki , ötən 25 il ərzində Azərbaycanda hər şey köklü şəkildə və müsbət istiqamətdə dəyişsə də müxalifətin düşüncəsi və müxalifətçilik fəlsəfəsi dəyişməyib.Əvvəlki illərdə olduğu kimi marginaldır, dağıdıcıdır və milli mənafelərimizə ziddir. Elə ona görə də 10 müxalif təşkilatın yaxud partiyanın birgə təşkil etdiyi mitinqə cəmisi 2800-dək insan qatlıdı ki, bunların da mütləq əksəriyyəti ənənəvi olaraq belə mitinqlərdə iştirak edən, bir növ ştatlı, mitinqçilərdir".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, analitik Hikmət Babaoğlu bildirdi.

O, özünü müxalifətin, eləcə də etiraz mitinqlərinin lideri kimi zənn edən Əli Kərimlinin və onun məhdud tərəfdarlarının son günlərdəki canfəşanlığını dəyərləndirərkən dedi:

"Məsələ ondadır ki, cəmiyyətdə mitinqin keçirilməsini aktual edən səbəb yoxdur. Belə olduqda radikal müxalifətin niyə mütləq mitinq keçirmək istədiyinin iki səbəbi ola bilər. Ya radikallar ictimai nəbzi tuta bilmirlər, ya da mitinqin keçirilməsi xaricdən gələn siyasi sifarişdir və konkret maliyyə dəstəyi əsasında baş tutur.

Şübhəsiz ki, ikinci səbəb doğrudur, çünki hazırki mərhələdə Azərbaycan öz milli inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur və bu mərhələ ölkəmizi daha qüdrətli edəcək. Ən vacib məsələ isə odur ki, bu mərhələdə həyata keçirilən dərin islahatlar cəmiyyətimizdə, iqtisadi və idarəetmə sistemimizdə elə radikalların hakimiyyəti dövründə əsası qoyulan xeyli sayda neqativ halları köklü şəkildə sıradan çıxaracaq, beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerini və rolunu daha da artıracaq, Azərbaycanın islahatçı ölkə imicini daha da dərinləşdirəcək və nəticədə dinamik inkişafla müşahidə edilən tərəqqi daha da sürətlənəcək".

Deputatın sözlərinə görə, ən əsas məsələlərdən biri də budur ki, Azərbaycanın yaratdığı yeni geostrateji reallıq 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlara yeni impulslar daxil edəcək ki, yeni ilin elə ilk ayında baş verənlər də elə bunu sübut edir:

"Əlbəttə, bunlar antiazərbaycançı mərkəzləri və erməni lobbisini ciddi şəkildə narahat edir. Azərbaycanın lehinə formalaşmış bu yeni geostrateji reallığı onun əleyhinə çevirmək üçün ilk növbədə ölkədə xaos yaratmaq, Azərbaycanı suriyalaşdırmaq, onun beynəlxalq imicini korlamaq hazırda ölkəmizi sevməyənlərin əsas məqsədidir və radikal müxalifəti də hərəkətə gətirən onlardır. Məhz bu məqsədi həyata keçirmək üçün mitinqin arzuolunan nəticəni vermədiyini görən radikallar bir gün sonra, yanvar ayının 20-də milli - mənəvi dəyərimiz olan Şəhidlər Xiyabanını ziyarət etmək bəhanəsilə süni şəkildə polislə qarşıdurma yaratmağa cəd göstərdilər və bunu sosial şəbəkələr üzərindən siyasi şouya çevirmək istədilər. Məqsəd Azərbaycanın antidemokratik obrazını yaratmaq, onun beynəlxalq ictimai rəydə imicinə zərbə vurmaq idi. Ancaq bu baş tutmadı, çünki ictimaiyyət nəyin və nə üçün baş verdiyinin fərqindədədir".

H.Babaoğlu onu da vurğuladı ki, Azərbaycan cəmiyyəti heç vaxt ölkəmizin suriyalaşdırılaraq xaosa sürüklənməsinə, imperialist mərkəzlərin terror poliqonuna çevrilməsinə izn verməyəcək.

Elgün
AzNews.az