"Həyat yoldaşını və qızını illərlə döyən siyasətçi həbs olunmalıdır"

Selcanı müdafiə etdiyim son statusa 1700 like gəlib, amma 800 şərh sırf AXCP trolların söyüşləridir, təhqirləridir, hədələridir

Həyat yoldaşını və öz qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır.

Almaniyada yaşayan "Milli" ləqəbli Emin Abdullayev AXCP-nin keçmiş sədr müavini Fuad Qəhrəmanlı barədə sosial şəbəkədə belə yazıb.

O bildirib: "Bunu bilib və belə siyasətçini müavin kimi saxlayan "demokrat" siyasətçi istefa verməlidir, əgər aparılan mübarizə demokratiya və azadlıq dəyərləri uğrundadırsa.

Yalnız Fuad bəyin istefası ilə kifayyətlənənləri isə anlaya bilmirəm. Nə uğrunda mübarizə aparırsız?

Siz AXCP üzvlərinin, Əli Kərimlinin, onun müavinlərinin bu hadisəyə reaksiyalarını oxuyursuz?

Onlar Fuad Qəhrəmanlını bu gündə müdafiə edirlər, döyülənləri təhqir edirlər, haqq sözünü deyənləri təhqir edirlər və hədələyirlər.

Bunlarla birlikdə demokratiya quraq deyirsiz? Bunlarla yalnız totalitar rejim qurmaq olar, hamınız da güllələnərsiz, asılarsız...

Selcanı müdafiə etdiyim son statusa 1700 like gəlib, amma 800 şərh sırf AXCP trolların söyüşləridir, təhqirləridir, hədələridir.

Sonra Erkin deyəndə ki, demokratiyaya hazır deyilik, inciyirsiz ondan, elə Altay bəy kimi. Amma AXCP-nin YAP-dan daha yaxşı olduğunu düşünürsüz və özünüzə rahatlıqla liberal da, demokrat da deyə bilirsiz...". (Trend)