YAP namizədlərinin 50 faizi yeniləcək YAP namizədlərinin 50 faizi yeniləcək

Novruzov: Deputat olmaq istəməyən YAP-çı millət vəkilləri var

YAP namizədlərinin 50 faizi yeniləcək

Partiya rəhbərliyi, partiyanın idarə olunması ilə bağlı hər bir məsələ təbii ki, bilavasitə Prezidentə məruzə olunur, bu məsələlərlə bağlı onun fikri, rəyi, qərarı öyrənilir. Sonuncu məsələdə isə təşəbbüs sırf partiya tərəfindən qalxdı.

Bu sözləri millət vəkili, YAP icra katibinin müavini Siyavuş Novruzov “Yeni Müsavat”a geniş müsahibəsində YAP-ın Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etməsini aydınlaşdırarkən deyib. O bildirib ki, bu təklif yuxarıdan gəlməyib:

“Bəzən deyirlər bu təşəbbüs “yuxarıdan gəlib”, xeyr! Bu, YAP Siyasi Şurasının təşəbbüsüdür. Partiya müraciət edib və cənab İlham Əliyev həm partiya sədri, həm də Prezident kimi münasibətini bildirəcək”.

Siyavuş Novruzov YAP namizədlərinin 50 faizinin yeniləcəyi məsələsini də istisna etməyib:

“Biz bu məsələ ilə əlaqədar (namizədlərin siyahısını hazırlayarkən – red.) deputatlarla bağlı ən azı son iki ilin statistikasını aparırıq. Bura nə daxildir? Seçicilərlə görüş, seçicinin etimadının doğrultması, davranış qaydaları, beynəlxalq təşkilatlarda iştirakı, Milli Məclisdə, mətbuatda, sosial şəbəkədəki çıxışları və s. Bu statistika toplanılır, təhlil edilir, qiymətləndirilir, hamısı məndə var. Biz qaldırdığımız məsələ ilə bağlı bir çoxlarının həmin qrafada qabağı boşdur”.

S.Novruzov bildirib ki, artıq özü deputat olmaq istəməyən YAP-çı millət vəkilləri də var və onlar fikirlərini bildiriblər:

“Geniş analizdən, partiya sədri ilə müzakirədən sonra kimlərin təkrarən və hansı dairədən seçkiyə gedəcəyi ilə bağlı biz YAP İdarə Heyətinin qərarını verəcəyik”.

AzNews.az