Partiya ölkənin 65 seçki dairəsindən deputatlığa namizəd irəli sürəcək Partiya ölkənin 65 seçki dairəsindən deputatlığa namizəd irəli sürəcək

Fazil Mustafanın partiyası seçki ilə bağlı qərar verdi

Partiya ölkənin 65 seçki dairəsindən deputatlığa namizəd irəli sürəcək

Böyük Quruluş Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

AzNews.az xəbər verir ki, bu barədə partiya sədri Fazil Mustafa məlumat verib.

O, qeyd edib ki, partiya ölkənin 65 seçki dairəsindən deputatlığa namizədlər müəyyən edib.

Millət vəkili Fazil Mustafa növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcəyi dairənin də adını açıqlayıb.

O, 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb və bu gün seçki sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib.

Bahar RÜSTƏMLİ

AzNews.az