Son dövrlərdə Əli Kərimli gündəmdə qalmaq üçün yeni mövzu tapa bilmir Son dövrlərdə Əli Kərimli gündəmdə qalmaq üçün yeni mövzu tapa bilmir

Əli Kərimli Heydər Əliyev Fondunun fəaliyyətini öz adına yazmağa çalışır

Son dövrlərdə Əli Kərimli gündəmdə qalmaq üçün yeni mövzu tapa bilmir

"Hüquq müdafiəçisi Oqtay Gülalıyev avtomobil vurmasından sonra artıq ay yarımdır ki, xəstəxanada müalicə olunur. Hadisə baş verən günlərdən Heydər Əliyev Fondu onun müalicəsini tamamilə öz üzərinə götürüb. Ailəsinin arzusu nəzərə alınaraq onun müalicəsi hal-hazırda Türkiyədəki məşhur klinikada davam etdirilir. Bir fond tərəfindən Azərbaycan vətəndaşına olan bu diqqətə ancaq minnətdarlıq etmək olar. Ancaq müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bu məsələdə də siyasi xal yığmağa çalışır".

Bu sözləri özünün Facebook profilində millət vəkili Aydın Mirzəzadə yazıb.

Onun sözlərinə görə, Əli Kərimli sosial şəbəkədəki səhifəsində müraciət ünvanalayaraq Oqtay Gülalıyevin müalicəsi üçün pul toplamağa çağırış edib:

"Kərimli qəzaya düşən Oqtay Gülalıyevin müalicəsinin xərcinin Heydər Əliyev Fondu tərəfindən aparıldığını yaxşı bilir. Ancaq o gedişatın belə getməsini heç istəməzdi. O istəyərdi ki, qəzaya düşən şəxsin ailəsi çətinlikdə qalsın və yaranmış vəziyyətdən hakimiyyətə qarşı ittiham kimi istifadə etsin".

Millət vəkili hesab edir ki, son dövrlərdə Əli Kərimli gündəmdə qalmaq üçün yeni mövzu tapa bilmir:

"Mitinq təşkil edə bilmir, qəbul edilən ölkə büdcəsinə irad tuta bilmədi, bütün cəhdlərinə baxmayaraq seçkini boykot çağırışı da dəstəklənmir. Ona görə də problem yoxdursa, onu uydurmağa üstünlük verir, hətta bu kiminsə həyatı ilə oynamaqla bağlı olsa da".

AzNews.az