Bu barədə qərarını Cahandar bəy bir qrup ziyalı ilə görüşündə açıqlayıb Bu barədə qərarını Cahandar bəy bir qrup ziyalı ilə görüşündə açıqlayıb

Elçibəyin silahdaşı bu dairədə yarışacaq

Bu barədə qərarını Cahandar bəy bir qrup ziyalı ilə görüşündə açıqlayıb

9 fevral parlament seçkilərində iştiraka qərar vermiş Birləşmiş Azərbaycan Yurdları Ocağı (BAY) başqanı Cahandar Bayoğlu yarışacağı seçki dairəsini müəyyənləşdirib.

Cahandar bəy 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd olacaq.

Bu barədə sosial şəbəkələrdə "goyce.az" saytının rəhbəri, tanınmış şair, yazar Qılman İman bilgi verib.

O bildirib ki, bu barədə qərarını Cahandar bəy bir qrup ziyalı ilə görüşündə açıqlayıb.

Toplantıya qatılan aydınlar seçkidə Cahandar bəyə dəstək olacaqlarını bildiriblər.

AzNews.az