Sonda xatirə şəkli çəkilib Sonda xatirə şəkli çəkilib

Binəqədidə YAP namizədləri ilə görüş keçirilib - FOTOLAR

Sonda xatirə şəkli çəkilib

Yanvarın 17-də Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatı 9 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.

Kampaniya çərçivəsində partiyanın millət vəkilliyinə namizədləri - 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə Kübra Əliyarlı, 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə Kamaləddin Qafarov, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Anar Əliyevin, üzərində Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə” şüarı yazılan təbliğat plakatları müvafiq məntəqə seçki komissiyalarının təbliğat lövhələrinə yerləşdirildi.

Həmin gün YAP Binəqədi Rayon Təşkilatı tərəfindən partiyanın millət vəkilliyinə irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü təşkil olundu. Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov hər 3 dairə seçki komissiyası üzrə seçicilər, partiyanın fəalları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Ramiz Göyüşov ölkəmizdə ən məsuliyyətli və ən əlamətdar günlər yaşanıldığını vurğuladı. Bildirdi ki, müstəqil bir ölkə kimi Azərbaycan özünün dinamik inkişafının növbəti mərhələsinə yeniləşən cəmiyyət, qüdrətli iqtisadiyyat və davamlı islahatlarla qədəm qoyur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli daxili və xarici siyasət, iqtisadi, siyasi, sosial və hüquqi islahatların şaxələndirilməsi nəticəsində Azərbaycan nəinki regionun, bütövlükdə dünyanın ən stabil inkişaf tempinə malik dövlətləri sırasında yer almaqdadır.

Daha sonra o, seçkilərin ölkə tarixindəki mühüm rolunu vurğulayaraq, hər bir namizədə bu məsuliyyətli yolda müvəffəqiyyətlər arzuladı. Hər bir namizəd haqqında məlumat verərək tədbir iştirakçılarını parlament seçkilərində fəal iştirak etməyə, ölkənin əlamətdar tarixində pay sahibi olmağa çağırdı.

Daha sonra 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizəd Kamaləddin Qafarov çıxış edərək bildirdi ki, rayonumuzda mövcud olan çətinlik və problemlərin aradan qaldırılması hər birimizdən məsuliyyət, sosial təəssübkeşlik, gələcək ümumi yüksəliş və rifah üçün milli canıyananlıq tələb edir. “Rayonumuzda öz həllini gözləyən məsələlər müvafiq dövlət qurumlarının, icra strukturlarının, idarə, müəssisə və təşkilatların, dövlət nümayəndələri ilə bərabər, həm də hər bir Binəqədi sakininin qayğı və probleminə çevrilməlidir. Bu da mənim ən böyük amalımdır”. Onun sözlərinə görə, neçə illərdir Binəqədi rayonunda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri, park və xiyabanların salınması, yolların çəkilməsi, müxtəlif infrastrukturların yaradılması, sosial proqramların reallaşdırılması göz önündə baş vermişdir. Bundan sonra bu abadlıq və Binəqədi camaatının rifah halında yaşamasında pay sahibi olacağına görə qürur hissi duyduğunu bildirdi və ona Yeni Azərbaycan Partiyası tərəfindən göstərilən böyük qayğı və yüksək etimadı doğruldacağına söz verdi.

Görüşdə çıxış edən 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə namizəd Kubra Əliyarlı bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün ölkəmizdə çoxsaylı iqtisadi, sosial, siyasi islahatlar həyata keçirilir, yeni infrastruktur layihələri icra olunur, əhalinin rifahının daha da yüksək səviyyədə təmin edilməsi, ictimai-siyasi sabitliyin davamlı və daha da möhkəm olması istiqamətində mühüm işlər görülür. Seçkilərə YAP deputatlarının hamısı görüləcək işləri nəzərdə tutan geniş platforma ilə gedir. Dövlətə, xalqa xidmət etməyi özünə şərəf bildiyini və bu yolda seçicilərələrə fəxarətlə xidmətin ən müqəddəs missiyası olacağını vurğulayan gənc namizəd, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Daha sonra çıxış edən 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə namizəd Anar Əliyev qeyd etdi ki, göstərilən bu etimad onu daha məsuliyyətli olmağa sövq edir. Bu məsuliyyətli və çətin yolda ona göstərilən etimadı doğrultmaq üçün daha səylə çalışacağını bildirdi.

Görüşün sonunda seçicilər onları maraqlandıran sualları namizədlərə ünvanladılar.

Sonda xatirə şəkli çəkildi.

AzNews.az

image description image description image description image description