- Paytaxt
- 17 Mart 13:33
- 4 929
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik etdi
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
Aznews.az xəbər verir ki, spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.
Təklif alqışlarla qarşılanıb.