MSK sədri: “Namizədlərin 360 nəfəri 19 siyasi partiyanın siyahısında olan şəxslərdir”

11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb

İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan şəxslərin 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb:

“1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə irəli sürənlərin 100 nəfəri siyasi partiya üzvləridir”. (APA)

AzNews.az