Deputatlığa namizəd Vüqar İskəndərov şəhid ailələri ilə görüşüb

Bina sakinləri Vüqar İskəndərova onları maraqlandıran suallar ünvanlayıblar

113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Vüqar İskəndərov 20 yanvar ümumxalq hüzn günü münasibəti ilə Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb.

Görüşdə deputatlığa namizəd ölkə rəhbərliyinin qazi və şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində yürütdüyü siyasət barədə məlumat verib. Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Daha sonra bina sakinləri Vüqar İskəndərova onları maraqlandıran suallar ünvanlayıblar. 113 saylı seçki dairəsindən YAP-ın vahid namizədi isə seçiciləri partiyanın seçki platforması ilə məlumatlandırıb və Qarabağ qaziləri və şəhid ailələrini “Daha Güclü Azərbaycan naminə” parlament seçkilərində fəal olmağa çağırıb.

Sonda isə Vüqar İskəndərov və YAP Şəki təşkilatının Gənclər Birliyinin könüllüləri ilə birgə Qarabağ qazisi Abdullayev Rafael Əmir oğlunun evində qonağı olub.

AzNews.az