- Siyasi müzakirə
- 23 Yanvar 2020 17:19
- 3 848
Deputatlığa namizədlərin sayı açıqlanıb
“Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb"
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib:
“Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1447 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”. (Report)
AzNews.az