Tuncay Özkan: “Sənin timsalında islahat tərəfdarlarının seçkilərdə qələbə qazanması labüddür” Tuncay Özkan: “Sənin timsalında islahat tərəfdarlarının seçkilərdə qələbə qazanması labüddür”

Qılıncdaroğlunun müavini deputatlığa namizəd Taleh Şahsuvarova zəng etdi

Tuncay Özkan: “Sənin timsalında islahat tərəfdarlarının seçkilərdə qələbə qazanması labüddür”

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Qılıncdaroğlunun müavini, Türkiyə parlamentinin üzvü, İzmir millət vəkili Tuncay Özkan 23 saylı Nəsimi- Səbail seçki dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarova zəng edib.

Bu barədə AzNews.az-a T.Şahsuvarovun özü məlumat verib.

Məlumata görə, telefon söhbəti zamanı Tuncay Özkan T.Şahsuvarovun seçki kampaniyasını şəxsən izlədiyini və onu dəstəklədiyini söyləyib. Bildirib ki, onun seçkilərdə iştirakını təqdir edir: “Dostum olaraq reformçu bir kampaniya apardığından məlumatım var. Azərbaycanda sənin timsalında reform tərəfdarlarının seçkilərdə qalib gəlməsi çox önəmlidir. Bütün Azərbaycana salamlarımı çatdır".

T.Şahsuvarov isə CXP rəsmisinə cavab olaraq qeyd edib ki, Prezidentin apardığı ardıcıl islahatlar Azərbaycanın gələcəyi üçün böyük ümid yaradır və milli tərəqqi üçün əsas zəmindir. Deputatlığa namizəd CXP sədrinin müavinini Azərbaycana dəvət edib: “Qələbə bizim olacaq. İnşallah, Sizi Novruz bayramında Bakıda millət vəkili kimi qarşılayacam!"

Ləman Hüseynzadə