Həmin dairənin lider namizədi Ramil Həsəndir Həmin dairənin lider namizədi Ramil Həsəndir

Daha iki məntəqənin nəticələri etibarsız sayılıb

Həmin dairənin lider namizədi Ramil Həsəndir

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxılır.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, MSK katibi Arifə Muxtarova məlumat verib ki, 91 saylı Ucar Seçki Dairəsi üzrə namizəd Əbil Məmmədov şikayət ünvanlayıb.

A.Muxtarovanın sözlərinə görə, Əbil Məmmədov dairə üzrə nəticələrin ləğvini tələb edib.

O bildirib ki, həmin dairənin 18 və 38 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanıb.

MSK qərara alıb ki, 91 saylı Ucar Seçki Dairəsinin adıçəkilən iki məntəqəsinin nəticələri etibarsız sayılsın.