Saziş 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanıb Saziş 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanıb

İlham Əliyev Ukrayna ilə imzalanmış Sazişi təsdiq edib

Saziş 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanıb

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” Sazişi təsdiq edib.

AzNews.az-ın xəbərinə görə, Saziş 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanıb.

Qeyd edək ki, Qanuna əsasən, Azərbaycanın Ukraynadakı diplomatlarının ailə üzvləri ödənişli əmək fəaliyyəti ilə məşğul ola biləcək.