Şiddətlə qınadığımız bu qanlı cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğu qarşı tərəfin diqqətinə çatdırılıb Şiddətlə qınadığımız bu qanlı cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğu qarşı tərəfin diqqətinə çatdırılıb

Ceyhun Bayramov xarici həmkarları ilə əlaqə saxladı

Şiddətlə qınadığımız bu qanlı cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğu qarşı tərəfin diqqətinə çatdırılıb

Bu ilin 17 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutulması dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı Xarici İşlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb.

XİN-dən AzNews.az-a daxil olan məlumata görə, Ceyhun Bayramov Ermənistan tərəfinin yenidən törətdiyi müharibə cinayəti və insanlıq əleyhinə cinayət nəticəsində azərbaycanlı mülki əhali arasında çoxsaylı itkilərin və yaralıların olması ilə əlaqədar qarşı tərəfə məlumat verib.

Şiddətlə qınadığımız bu qanlı cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.