- Siyasi müzakirə
- 22 Dekabr 2020 11:45
- 6 728
Deputatlar bu qanunu ləğv etdi
 
            Bu gün keçirilən iclasda
Azərbaycanda “Şərti maliyyə vahidi haqqında” qanun ləğv edilib.
Məlumata görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Müzakirələrdən sonra qanunun ləğv edilməsi səsverməyə qoyularaq qəbul edilib.
Bu Qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edir.
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            