Beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparılıb Beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparılıb

ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparılıb

Dekabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında video konfrans formatında görüş baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir-sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparılıb.