Orda hərbi xuntanın hakimiyyətə gəlməsi bizim maraqlarımıza uyğundur Orda hərbi xuntanın hakimiyyətə gəlməsi bizim maraqlarımıza uyğundur

Qüdrət Həsənquliyev: "Qoy bir-birilərini qırsınlar"

Orda hərbi xuntanın hakimiyyətə gəlməsi bizim maraqlarımıza uyğundur

Antikonstitusion yolla hakimiyyət dəyişikliyi pis nümunədir və pislənilməlidir. Amma ilahi bir ədalət var. Onlar zamanla bizim torpaqları işğal edib, xalqımıza böyük acılar yaşatmaqla Azərbaycanda siyasi böhran yaratmışdılar. İndi biz torpaqlarımızı işğaldan azad etməklə Ermənistanda siyasi böhran yaratmışıq.

AzNews.az xəbər verir ki, Ermənistanda baş verənləri şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev belə deyib.
BAXCP sədri qeyd edib ki, Ədalətli müharibə apardığımıza görə Allah bizim köməyimiz olub, erməni faşitlərinə isə törətdikləri insanlıq əleyhinə qanlı cinayətlərə görə cəzalarını verir: "İstəyirlər bir-birlərini qırsınlar. Orda hərbi xuntanın hakimiyyətə gəlməsi bizim maraqlarımıza uyğundur. Çünki Paşinyan Azərbaycana qarşı sərt mövqeyi ilə hərbi canilər olan, eks-prezidentlər Köçəryan və Sarkisyanı geridə qoyub. Həm də Paşinyandan fərqli olaraq hakimiyyətə gələcək hərbi xunta bütün beynəlxalq siyasi və diplomatik dəstəkdən məhrum olacaq. Daha yaxşı olar ki, hərbi çevriliş vətəndaş müharibəsi yolu ilə baş versin. Başqa cür mümkün də deyil, çünki erməni xalqı korrupsiyalaşmış, quldur Qarabağ klanının yenidən hakimiyyətə qayıtmasını istəmir. Erməni siyasi elitası sülh barədə yox, revanş haqqında, torpaqlarımızı ordularını modernləşdirməklə yenidən işğal edəcəklərindən danışırlar. Bizim əsgərlərimizlə vuruşub ölməkdənsə qoy bir-birilərini qırsınlar. Allah bilən məsləhətdi".