Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir

Bu partiyalar YAP-a qoşuldu - SİYAHI/YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir

Azərbaycanda 6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)
2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)
3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)
4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova)
5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur)

12:10

Qurultayda Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sədrləri iştirak edir.

Belə ki, qurultayda onların YAP-a qoşulmaq üçün müraciətlərinə də baxılacaq. (Report)

AzNews.az