Bu cür qarşıdurmaların milli zəmində inkişafına imkan vermək olmaz Bu cür qarşıdurmaların milli zəmində inkişafına imkan vermək olmaz

"Azərbaycanla Gürcüstanın münasibətlərinin pozulmasını istəyən qüvvələr var"

Bu cür qarşıdurmaların milli zəmində inkişafına imkan vermək olmaz

"Gürcüstanın Dmanisi rayonunda baş vermiş hadisəyə çox təəssüfümü bildirirəm. Azərbaycan dövləti Gürcüstan dövləti ilə çox yaxın dostluq münasibətlərindədir. Və bu qonşuluq hər zaman qarşlıqlı hörmət və ikitərəfli əməkdaşlığa söykənir".

AzNews.az bildirir ki, bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri, politloq Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, bu cür qarşıdurmaların milli zəmində inkişafına imkan vermək olmaz: "Gürcüstanın rəsmi şəxsləri çox yaxşı bilirlər ki, onların ən ağır günlərində belə Azərbaycan xalqı və rəhbəri Gürcüstana çox yaxından dəstək olub. Baş vermiş hadisəni məişət zəmində ortaya çıxmış hadisə kimi dəyərləndirirəm. Və inanırıq ki, Gürcüstanın rəsmi şəxsləri bu hadisəni çox yüksək səviyyədə nəzarət altına alıb və baş vermiş hadisədə günahı olan şəxsləri cəzalandıracaq. Cinayətkarın mənsubiyyəti olmur. Ona görə də bu cür vəhşilik törədən şəxslər cəzalarını almalıdırlar. Bu cür qarşıdurmaların milli zəmində inkişafına imkan vermək olmaz. Ola bilər ki, hansısa qüvvələr bunun iki dövlət arasında münasibətlərin pozulmasına qədər inkişaf etsin. Ancaq inanmıram ki, bu cür hadisələr Azərbaycan Gürcüstan münasibətlərinə kölgə salsın. Rəsmilər bütün bunların baş verməməsi üçün qanuni addımlar atmalıdır".