" ABŞ və Rusiya Türkün gücü ilə hesablaşmaq zorundadır" - Niyaməddin Orduxanlı

Yüz minlərlə insan Ərdoğanın Şuşa səfərini böyük çoşqu ilə qeyd edir

"Qardaş Türkiyənin prezidenti hörmətli Ərdoğanın Şuşaya səfəri və qarşılanma mərasimi tarixi bir hadisədir. 30 ildən sonra işağldan azad olunmuş Şuşada bu tədbirin keçirilməsinin həm də də özəlliyi ondandır ki, hər iki qardaş dövlət dünyaya bir mesaj verir. "

Aznews.az xəbər verir ki, bunu Moderator.az- a BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə Türkiyə dövlətinin prezidenti dünən NATO tədbirindən birbaşa Azərbaycana gəlməsi də çox mühüm mesajdır:

"Dünən NATO sammiti baş verib, hörmətli Ərdoğan həm də ABŞ-ın yeni prezidenti Co Baydenlə görüşü baş tutub. Hər iki görüşdə Ərdoğan Qarabağ məsələsinə toxunub və 30 ildən sonra Qarabağın erməni işğalından azad olunduğunu və hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib. Bununla da bir daha sayın Ərdoğan dünya liderlərinin diqqətinə çatırıb ki, Türkiyə Azərbaycanın bütün gücü ilə yanındadır. Bu gün dünyanın Türkiyəyə münasibəti dəyişib. Artıq həm ABŞ, həm də Rusiya türkün gücü ilə hesablaşmaq zorundadır. Azərbaycanın 44 günlük müharibəsində dünya bu türkü gücünün necə əzəmətli olduğunun şahidi oldu və bu səbəbdən də hər zaman bu güclə barışmaq zorundadır. Ərdoğanın bu görüşlərdən sonra birbaşa Şuşaya gəlməsi də bir daha dünyaya Türkiyənin Qarabağ məsələsini özünün milli məsələsi kimi gördüyünün mesajı kimi qiymətləndirilməlidir. Bu gün xalqımız çox böyük sevinc içindədir. Biz bunu sosial şəbəkələrdən yazılan statuslardan və yayılan videolardan da görürük. Yüz minlərlə insan Ərdoğanın Şuşa səfərini böyük çoşqu ilə qeyd edir. Tanrıya şükürlər olsun ki, bu günü biz 44 günlük vətən müharibəsində hər cür dəstək olan qardaş Türkiyənin rəhbəri ilə keçirmək sevincini yaşayırıq. Bununla bağlı sosial şəbəkədə statusda yazdım ki, budan böyük xoşbəxtlik nə ola bilər ki, qardaş Türkiyənin prezidentini Şuşada qarşılayırıq!