İqtisadiyyat Nazirliyi açıqlama yayıb İqtisadiyyat Nazirliyi açıqlama yayıb

Daha 2 siyasi partiyaya ofis verildi

İqtisadiyyat Nazirliyi açıqlama yayıb

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

AzNews.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis təqdim edib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.