"Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işlədiyi müddətdə bu münasibətlərin inkişafına böyük töhfə verib" "Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işlədiyi müddətdə bu münasibətlərin inkişafına böyük töhfə verib"

Azərbaycan və Böyük Britaniya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir - Rasim İsmayılov

"Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işlədiyi müddətdə bu münasibətlərin inkişafına böyük töhfə verib"

Bu gün Azərbaycan və Böyük Britaniya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. İstər siyasi arenada, istər iqtisadi sahədə əməkdaşlığımızın durmadan inkişafı danılmazdır.

Aznews.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Rasim İsmayılov Bakıda keçirilən “Birləşmiş Krallıq səhiyyədə sizin həmkarınızdır” adlı tədbirdə deyib.

O qeyd edib ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işlədiyi müddətdə bu münasibətlərin inkişafına böyük töhfə verib.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev daim sosial sahənin inkişafını diqqət mərkəzində saxlayıb. Bu baxımdan, səhiyyətinin inkişafı bizlərin qarşısında qoyulan ən vacib tapşırıqlardan biridir. Buna misal olaraq, COVID-19 pandemiyası dövründə cənab Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, qəti tapşırıqlarına uyğun olaraq atılmış praktiki addımların nəticəsində Azərbaycan bütün dünyanın çox çətn bir dövrünü asanlıqla dəf etməyi bacardı.

Həmin dövrdə dərman peraparatlarının, tibbi avadanlıqların təchizini misal göstərə bilərik. Eyni zamanda, mövcud xəstəxanaların bu virusa yoluxmuş insanlara xidmət etməsi üçün uyğunlaşdırılması və çox qısa bir dövrdə bir neçə modul tipli xəstəxananın tikilərək istifadəyə verilməsi də ölkə rəhbərliyinin səhiyyəyə və vətəndaşlara olan diqqətinin bariz nümunəsidir.

Hesab edirəm ki, bugünkü tədbir səhiyyəmizin inkişafı ilə bərabər Azərbaycan və Böyük Britaniya dostluğunun, əməkdaşlığının inkişafında xüsusi rol oynayacaq. Belə ki, istənilən bir sahənin inkişafı üçün innovativ həllərin tətbiqi, yeni tərəfdaşlarla iş birliyinin genişlənməsi əsas faktorlardan biridir. Bu baxımdan, bu tədbirin təşkilatçılarına bir daha təşəkkür edirəm. Hesab edirəm ki, bu gün bizə nümayiş olunacaq təqdimatlar səhiyyəmizin təchizatında əhəmiyyətli rol oynayacaq”, - deyə nazir müavini bildirib.