Tərəflər hərbi əməkdaşlığı müzakirə ediblər Tərəflər hərbi əməkdaşlığı müzakirə ediblər

Türkiyə və Britaniya müdafiə nazirləri arasında telefon danışığı olub

Tərəflər hərbi əməkdaşlığı müzakirə ediblər

Türkiyə milli müdafiə naziri Hulusi Akar ilə Böyük Britaniya müdafiə naziri Ben Uolles arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.