- Siyasi müzakirə
- 29 Avqust 2022 18:03
- 6 476
"Bəxtiyar Hacıyev kimi qalmaqalla gündəmdə qalmaq istəyənlər cəmiyyət tərəfindən müsbət qarşılanmır"

Bəxtiyar Hacıyev istəyir Azərbaycan vətəndaşlığından imtina etsin, istəyir başqa ölkənin vətəndaşlığına daxil olsun, bu onun öz hüququdur
"Azərbaycanda hər kəsin öz fikirlərini azad, sərbəst şəkildə bildirməsi, nəyəsə etiraz etməsi, hansısa hökumət strukturu və ya onların vəzifəli şəxsləri ilə bağlı şikayət etmək, istənilən məhkəmə və dövlət orqanına müraciət etmək hüququ var. Təbii ki, hər bir vətəndaş bu hüquqlardan istifadə edir. Təəssüflər olsun ki, Bəxtiyar Hacıyev özünü ictimai-siyasi proseslərdə fəal şəxs kimi adlandırsa da, bunlardan istifadə etmək əvəzinə, öz şəxsi apmulasından yanaşaraq guya dövlət orqanlarının onun müraciətlərinə biganə yanaşmasını ehtimal edərək Azərbaycan vətəndaşlığından imtina etməklə bağlı sosial mediada fikirlərini səsləndirir". Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.
Asif Əsgərli deyib ki, vətəndaşlıqdan imtina etmək və vətəndaşlığa daxil olmaq hər bir insanın borcudur: "Bunu ictimailəşdirməyə ehtiyac yoxdur. Bunun hüquqi prosedurları var. Bəxtiyar Hacıyev istəyir Azərbaycan vətəndaşlığından imtina etsin, istəyir başqa ölkənin vətəndaşlığına daxil olsun, bu onun öz hüququdur. Ali təhsilli bir şəxs kimi Bəxtiyar Hacıyev bilməlidir ki, qaydalara uyğun istədiyi halda müraciət edə bilər, ölkədən də gedə bilər, başqa ölkədə yaşamaq istədiyini də, istəmədiyni də sərbəst şəkildə deyə bilər. Amma bunu sosial media üzərindən ictimailəşdirmək, siyasiləşdirmək doğru addım deyil". Politoloq bildirib ki, zaman-zaman Bəxtiyar Hacıyevin ayrı-ayrı şəxslərlə məhkəmə çəkişmələri, qalmaqalları müşahidə olunub: "Bilirsiz, qalmaqalla gündəmdə qalmaq istəyənlər cəmiyyət tərəfindən müsbət qarşılanmır. Bütün bunlar artıq rol oynamır. Bəxtiyar Hacıyev də, təəssüflər olsun ki, bu yolu tutub. Hər hansı bir şəxslə konfliktlərini və yaxud da məhkəmə çəkişmələrini, hansısa dövlət orqanına qarayaxmaqla ictiami-siyasi mühitdə öndə olmaq niyyətini güdür. Bu məqsədlə də son vaxtlar bu məsələləri ortaya atır. Qeyd etdiyimiz kimi, bunun üçün istənilən məhkəmə orqanına və ya daha yüksək dövlət instansiyalarına müraciət edə bilər. Hər hansı bir müraciət varsa, onlar qanun çərçivəsində araşdırılır. Amma dediyimiz kimi, hər hansı bir məişət, özəl biznes və digər məsələlərlə bağlı qalmaqal yaradıb ictimailəşdirmək və bunda da dövlət orqanlarını ittiham etmək düzgün deyil".