“Son proseslərin gedişi göstərir ki, İrəvan hərbi imkanlarının ardınca mövcud siyasi dividentlərini də itirməkdədir”- Bəhruz Məhərrəmov bildirib “Son proseslərin gedişi göstərir ki, İrəvan hərbi imkanlarının ardınca mövcud siyasi dividentlərini də itirməkdədir”- Bəhruz Məhərrəmov bildirib

“Ermənistan təxribatları ilə özünün inkişafını ləngidir, sonunu yaxınlaşdırır”

“Son proseslərin gedişi göstərir ki, İrəvan hərbi imkanlarının ardınca mövcud siyasi dividentlərini də itirməkdədir”- Bəhruz Məhərrəmov bildirib

Aznews.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Azərbaycanın təqdim etdiyi və beynəlxalq hüquqa əsaslanan 5 prinsip artıq üçüncü platforma kimi meydana çıxan Vaşinqton prosesində də əsas çərçivə meyarları kimi önə çıxır: “Yəni Azərbaycanın tələb etdiyi, Paşinyanın da qəbul etdiyi beş prinsip artıq Ermənistan üçün böyük ümidlər bəslədiyi Vaşinqton gündəliyində də icbari öhdəliyə çevrilib. Amma təəssüf ki, Ermənistan öhdəliklərinin icrasından daha çox, diaspor və ayrı-ayrı havadar güclərin təhriki ilə revanş ritorikasına ağırlıq verməyə çalışır. Bu da Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın özünün ifadə etdiyi kimi, Ermənistanın dövlətçiliyini və mövcudluğunu sual altına qoyur”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan 30 il gözləyib, sülh prosesinə ümid edib və bu gün də qalib və güclü tərəf olmasına baxmayaraq proseslərin beynəlxalq hüquq çərçivəsində sülh şəraitində yekunlaşması, əməkdaşlıq mühitinə gətirib çıxaracaq yekun sülh sazişinin imzalanmasına ən çox cəhd edən tərəfdir: “Zaman da Azərbaycanın lehinə işləyir. Azərbaycandan fərqli olaraq İrəvan həm zamana, həm də geosiyasi proseslərin gedişinə uduzmaqdadır. Əslində prosesin bir an öncə bitməsi İrəvanın özünün mənafelərinə xidmət edir. Etiraf etməliyik ki, biz Ermənistan rəhbərliyindən zamanla bu qənaəti ehtiva edən mövqelər müşahidə edirik. Lakin xarici təsirlər, o cümlədən ölkə daxilində müəyyən sosial bazaya malik cinayətkar Koçaryan-Sarkisyan cütlüyü, habelə Ermənistanın terror bazisli mövcud milli ideologiyası Azərbaycanın irəli sürdüyü və İrəvanın özünün də xilas imkanı olan şərtlərin qəbulunu Paşinyan üçün təhdidə çevirir. Nəticə etibarı ilə daxili irtica özüllü siyasi proseslər, o cümlədən xaricdən mürtəcelərə aşkar dəstək Ermənistanı sürətlə məhvə aparmaqdadır. Açıq demək lazımdır ki, Azərbaycanın itirdiyi və itirəcəyi məsələ yoxdur, sərhəd bütövlüyümüz təmin olunub, ordu quruculuğu və müdafiə sənayesində müstəsna nəticələr var, qayıdış artıq başlanıb, habelə quruculuq bərpa prosesi, o cümlədən infrastruktur tam sürətlə yenidən formalaşdırılmaqdadır. Eyni zamanda Ermənistanla bütün təmas istiqamətlərində strateji nöqtələr Azərbaycanın tam nəzarətindədir. Yəni Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qarşıya qoyulan hədəfləri tək-tək icra edir. Bu mənada Ermənistan təxribatları və paranoik davranışları ilə bizi yox, özünün inkişafını ləngidir, sonunu yaxınlaşdırır".