- Siyasi müzakirə
- 1 Sentyabr 2023 15:27
- 19 567
Livanda baş verən hücum İrəvanın çirkin mahiyyətini növbəti dəfə ortaya qoyur - Politoloq

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib. Bir tərəfdən keçirilən görüşlər,bir tərəfdən ilin sonuna imzalanması gözlənilən sülh müqaviləsi, bir tərəfdən də ermənilərin növbəti təxribatları. Dünən Livanda baş verən təxribat bu gün sərhəddə davam edir.
Mövzu ilə bağlı AzNews.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, bu gün Ermənistan kütləvi şəkildə dünyada "Asala" terrorunun ənənəsini yaşatmağa çalışır.
"Bunun nəticəsində regionda gərgin bir mənzərə formalaşıb. Əslində neçənci dəfədir ki, Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərinə qarşı bu tip terror təxribatları baş verir. Bu hadisələrin başvermə səbəblərindən biri də vaxtında Ermənistanın həyata keçirdiyi təxribatlara adekvat və layiqli reaksiyaların sərgilənməməsidir. Eyni zamanda Ermənistan tarix boyu faşist və irqçi siyasət həyata keçirib. Bu mənfur siyasət isə indiyədək özünün obyektiv qiymətini almayıb".
Politoloqun sözlərinə görə, bu gün Livanda Azərbaycan səfirliyinə qarşı həyata keçirilən növbəti hücum İrəvanın çirkin mahiyyətini ortaya qoyur.
"Eləcə də, bütün dünyaya erməni lobbisi adı altında yayılan konkret mütəşəkkil terror şəbəkəsinin nə qədər təhlükəli və qəbuledilməz addımlar ata biləcəyini göstərir. Bu baxımdan hesab edirəm ki. diplomatik korpusların və nümayəndəliklərin qorunması həmin səfirliyin yerləşdiyi ölkənin birbaşa vəzifəsidir. Odur ki, Livan hökuməti öz ölkəsində Azərbaycan səfirliyinin qarşısında həyata keçirilən bu vəhşiliyə görə konkret addımlar atmalıdır. Əks halda bu hadisə növbəti beynəlxalq qarşıdurmaya səbəb olacağını düşünürəm".
Ayan Rzayeva