- Siyasi müzakirə
- 18 Sentyabr 2023 21:29
- 13 999
"Seperatçı xunta rejiminin xaççəkmə anı yaxınlaşmaqdadır" -Fəzail Ağamalı
"Bu gündən Ağdam-Xankəndi və Laçın-Xankəndi yolu işlək vəziyyətə gətirildi. Ölkə prezidenti, cənab İlham Əliyevin qibtə olunacaq təmkinli, çevik və unikal siyasəti ermənilərin və onları himayə edən ABŞ-Fransa lobbiçiliyinin hay-küylü "blokada", "humanitar fəlakət" kimi əsassız şoularını iflasa uğratdı".
Aznews.az xəbər verir ki, bu barədə Ana Vətən Partiyası sədri, millət vəkili Fəzail Ağamalı qeyd edib.
"Dünya erməniliyi növbəti məğlubiyyətlərinin acı nəticələrini yaşamaqdadılar. Bu onların taleyidi, tarix boyu belə olub və belə də davam edəcəkdir. Çevrə tam qapanma ərəfəsindədir. İmkan tapan haylar böyük təşvişlə Qarabağ torpaqlarını tərk edirlər. Seperatçı xunta rejiminin və onları müdafiə edən qeyri-qanuni silahlı quldurların xaççəkmə anı yaxınlaşmaqdadır",-deyə Fəzail Ağamalı bildirib.
"200 illik ekspansiya cənab prezident demişkən gorbagor olur. Millətimiz və ölkəmiz əbədi olaraq erməni məkrindən və hiyləgərliyindən azad olur. Xeyirin şər üzərində son, möhtəşəm qələbəsi uzaqda deyil. Onu təmin edən və müjdəsini verən Əlahəzrətin gur, qürurlu səsi üçün çox darıxmışıq!..",- deyə partiya sədri qeyd edib.