Deputat: "İlham Əliyevin qələbəsi 20 ildə qazandığı uğurlara verilən dəyərdir"

"2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməsi xalqımızın öz liderinə sarsılmaz inamını təsdiq etdi, bir daha Ali Baş Komandanla yola davam estafetinin anonslarını verdi. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi. İlham Əliyevin Azərbaycana Prezidentlik etdiyi 20 il ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Prezident İlham Əliyev ötən 20 ildə verdiyi hər bir vədi yüksək səviyyədə yerinə yetirib. Ona görə də bu qələbə Cənab İlham Əliyevin son iyirmi ildə gördüyü işlərə, qazandığı uğurlara verilən dəyərdir".

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov AzNews.az-a açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, seçkilər çox demokratik şəraitdə, azad və ədalətli keçdi.

"Xarici müşahidəçilər də qeyd edirlər ki, növbədənkənar prezident seçkilərinin zamanı heç bir pozuntu qeydə alınmayıb, seçki prosesi açıq və şəffaf şəkildə keçib. Seçki Azərbaycan cəmiyyətinin iradəsini ortaya qoyaraq qalib xalqın qalib liderinə yenidən dövlət başçısı mandatı verdi".

Bəzi beynəlxalq təşkilatların tarixi zəfərimizə və xalqımızın iradəsinə qarşı qərəzli mövqe tutmasına, seçkiyə təxribat törətməsinə münasibət bildirən A.Hüseynov deyib ki, onların kimliyi və xisləti Azərbaycan cəmiyyətinə bəllidir.

"Bu, anti-milli qüvvələr Azərbaycanın ərazi bütövlüyünü həzm etmək istəməyən xarici ağalarının sifarişlərini yerinə yetirir, Avropadakı erməni əsili lobbilərin pulu ilə ölkəmizdə təxribata cəhd edirlər. Ancaq heç bir halda bu cüt cılız və mənasız hərəkətlərin seçki prosesinə xələl gətirməsi mümkün deyil".

Millət vəkili seçkilərin nəticəsini tanımadığını bəyan edən AXCP və Müsavat cütlüyünün də mövqeyini şərh edərək bildirib ki, onlar cəmiyyət tərəfindən çoxdan etimad və etibarını itirmiş, siyasi səhdən qovulmuş qüvvələrdir və ölkədə heç bir sosial dayağı olmayan, dəstəklənməyən və xarici təşkilatlara qulluq edən qrupdur: "Ona görə də, bu cür “partiyaların” boykot və sair cılız cəfəngiyyatları nümunıvi seçki qələbəsinə təsir edə bilməz. Azərbaycan xalqının Cənab İlham Əliyevə olan məhəbbəti və sarsılmaz dəstəyi qarşısında bu cür qüvvələrin bundan sonra ümumiyyətlə danışmağa dili olmamalıdır".

Rəfiqə NAMAZƏLİYEVA