Qusman Azərbaycana görə cəzalandırıldı? - RƏY

"Bir neçə gündür ki, Rusiya mediyasında Şuşa Qlobal Mediya Platformasında iştirak etmiş Azərbaycanın dostları Mixail Qusman və Sergey Markovu sərt şəkildə tənqid edirdilər. Bu gün Rusiyanın baş naziri Mixail Mişutsinin imzaladığı əmrlə Qusman Rusiya Dövlət İnformasiya Agentliyinin - TASS - ın sədrinin 1 - ci müavini vəzifəsindən, Markov isə Rusiya Prezidenti Yanında Siyası Araşdırmacılar Mərkəzinin üzvlüyündən azad edildi".

Bu barədə siyasi şərhçi Zeynal Əmrəliyev öz Facebook səhifəsində yazıb. Siyasi şərhçinin fikrincə, uzun illərdir ki, TASS - a rəhbərlik edir Qusman və Markovun vəzifələrindən azad edilməsi onlara verilən cəzadır: "Bu da onu göstərir ki, Rus dövləti ağılla yox, imperiya xəyalı ilə yaşayan millətçi nağılbazların sözləri ilə idarə edilir".

AzNews.az