Kreml eyni siyasəti Polşaya münasibətdə də sərgiləyir - Politoloq

"Rusiyanın Polşanın hava sahəsini dronlarla pozması Azərbaycanın mülki təyyarəsini raketlə vurmasına bənzəyir".

Bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib. Politoloq deyib:

"Təyyarəmizi vuranda əvvəlcə dezinformasiya yaydılar, raket izi aşkarlandıqdan sonra faktlar qarşısında susmağa üstünlük verdilər. Kreml eyni siyasəti Polşaya münasibətdə də sərgiləyir. Kremlin nəzarətindəki saytlar əvvəlcə dezinformasiya yaydılar ki, guya dronların Rusiya ordusuna aidiyyatı yoxdur. Ancaq faktlarla üzləşdiklərinə görə, bizim nümunədə olduğu kimi susmağa üstünlük verməyə başlayıblar. Kremlin həm mülki təyyarənin vurulmasında, həm də Polşanın hava sahəsini pozmasında siyasəti eynidir: Elədiyim hərəkətə (oxu: cinayətə) görə üzr istəyən deyiləm! Bu Sankt-Peterburqun xuliqanlarla dolu küçələrinin öyrətdiyi “tərbiyənin” nəticəsidir".

AzNews.az