Seçki prosesində ən böyük dəyər demokratiya və hüquq kateqoriyalarıdır Seçki prosesində ən böyük dəyər demokratiya və hüquq kateqoriyalarıdır
  • Hadisə
  • 23 Dekabr 2019 17:04
  •  46 469

“Yeni Müsavat” Media Qrupunda seçki həyəcanı: Prosesə start verildi... - FOTO

Seçki prosesində ən böyük dəyər demokratiya və hüquq kateqoriyalarıdır

“Yeni Müsavat” Media Qrupunda Rauf Arifoğlunun parlament seçkilərində iştirakı və 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyinin irəli sürülməsi ilə bağlı toplantı keçirildi. Media qrupunun kollektivinin iştirakı ilə baş tutan tədbirdə Rauf Arifoğlu hədəflərini açıqladı.

Kollektivin xeyir-duası ilə seçki hazırlıqlarına start verdiyini elan edən R.Arifoğlu bildirdi ki, namizədliyini irəli sürməsi ilə ölkədə parlament seçkilərinə start verildi: “35 saylı dairədə seçki demək olar ki, başlayıb. Başqa heç bir seçki dairəsində belə həyəcan, belə gərginlik yoxdur. Bu, nə qədər bizim gücümüzlə bağlıdırsa, bir o qədər də rəqib tərəfin gücünü göstərir. Bizi dost kimi qəbul edənlər rəqib kimi görmək istəmirlər. Deyirlər, niyə bizim dairəyə gəlmisiz? Ümumiyyətlə, mən namizədliyimi hansı dairədən versəydim, orada kimsə tapılacaq ki, desin, Rauf Arifoğlu bura niyə gəldi”.

R. Arifoğlu qeyd etdi ki, seçki prosesində ən böyük dəyər demokratiya və hüquq kateqoriyalarıdır. Qalan başqa şeylər demoqoqiyadır. “Yeni Müsavat” Media Qrupu artıq 3-cü dəfədir ki, öz nümayəndəsi ilə seçkilərdə iştirak edir. 2005-ci və 2010-cu illərdə çox uğurlu kampaniya aparmışdıq, əminəm ki, bu dəfə də elə olacaq. Bəs niyə 35-ci dairə? Əslində heç bu suala xüsusi cavab verməyə də borclu deyilik. Lakin mən özüm 21 ildir Xətai rayonunda yaşayıram. Anam, qardaşım, bacım, dayım oğlu, xalam qızı və ailələri, bacımın qızı, qudalarımız bu rayonun sakinləridir. Mən doğulduğum Tovuzda cəmi 17 il yaşamışam. Xətaidə isə 21 il. Bura mənim doğma rayonumdur. Bu sakinlərin yaşadıqları problemləri mən də yaşayıram. Üstəlik, ölkənin ən məlumatlı adamı kimi, şansımı Araz Əlizadənin dairəsində sınamağa qərar verdim. Bu dairənin deputatı da, bizim rəqibimiz də odur. İqbal Ağazadənin son dairəsi Ağdaş dairəsi olub. Və 5 ildir ki, deputat deyil. Bu səbəblərdən, 35 saylı dairəyə “Mənim dairəm” deyib, şəxsimi hədəfə çıxartmasını doğru saymıram. Hesab edirəm ki, Ağazadənin o dairədən deputat olma şansı Araz Əlizadənin şansından da aşağıdır. Mənim şansımsa, ikisindən daha çoxdur. Biz 30 ildir millətə vəkillik edirik, onun sözünü deyirik, yazırıq. Bizim Allahdan və xalqdan mandatımız var. Problemləri çəkirik, həllinə nail oluruq, davaları biz başladırıq, biz bitiririk. Bizim uzun illərdir ən çox problemlərini işıqlandırdığımız rayon Xətai rayonu olub. İnsanların pis vəziyyətdə yaşadığı, binaların ən köhnə olduğu, şəraitin pis olduğu bir rayondur və biz oradan hər zaman yazmışıq. Mən də o rayonun sakini kimi bu problemləri yaşayıram”.

Daha sonra kollektivin tanınmış imzalarından olan Xalid Kazımlı R.Arifoğlunun qələbəsinə inandığını və Milli Məclisdə onun kimi bir deputata ehtiyac olduğunu vurğuladı.

Qəzetin redaktoru Nazim Sabiroğlu isə Rauf Arifoğlunun 30 ildir deputat missiyasını icra etdiyini, xalqın problemlərini ictimailəşdirərək onların həllinə nail olduğunu və nəhayət bu mandatın onun haqqı olduğunu diqqətə çatdırdı.

Yeni Müsavat qəzetinin baş redaktorunun I müavini Azər Ayxan isə kollektivin və tərəfdarların sosial şəbəkədə üzərindən gedən mübarizədə aktiv iştirak edəcəyini, haqsız hücumlara tutarlı arqumentlərlə cavab veriləcəyini qeyd etdi.

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov da vurğuladı ki, R.Arifoğlunun qələbəsinə inamını ifadə etdi və sözügedən dairədə ən güclü namizəd olduğunu dilə gətirdi.

Qəzetin iqtisadiyyat yazarı Dünya Sakit 35 saylı Xətai 3-cü seçki dairəsi əhatəsinə düşən ərazilərdə mövcud problemlərin həlli üçün iqtisadi konsepsiyanın hazırlanacağını və bunun seçki platformasına daxil ediləcəyini bəyan etdi.

"Müsavat TV"-nin aparıcısı Sevinc Telmanqızı Rauf Arifoğluna müraciət edərək bildirdi ki, sizin komandanın içində güclü qələm sahibləri, seçki texnoloqları, ictimai rəy yarada biləcək insanlar var və bu komanda ilə qalibiyyət haqqınızdır.

“Yeni Müsavat” qəzetinin redaktorları Zahid Səfəroğlu, Elşad Məmmədli, jurnalist Aygün Muradxanlı, iş adamı Mürvət Həsənli və digərləri baş redaktora uğurlar arzulayıb, onu deputat mandatına layiq bir şəxsiyyət olduğunu qeyd etdilər.

Nərgiz Liftiyeva,

Fotolar: Elçin Əkbər

Musavat.com

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description