- Köhnə - Region
- 2 Fevral 2016 10:21
- 5 840
Türkiyədə çayxanaya basqın – 2 ölü, 5 yaralı

Türkiyənin Küçükçekmece ərazisində çayxana atəşə tutulub.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üzləri maskalı olan 2 şəxs çayxanaya atəş açıb. Hücum zamanı 2 nəfər vəfat edib, 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar.
Hadisə baş verən əraziyə çox sayda polis cəlb olunub. Aparılan araşdırmalar zamanı 2 nəfər şübhəli şəxs qismində saxlanılıb. Ərazidə əməliyyat davam etdirilir.
Aydan Axundova