- Köhnə - Region
- 3 Fevral 2016 20:00
- 5 875
Türkiyədə maraqlı fətva verildi - Qaş almaq günahdır

Türkiyənin Dəyanət Komitəsi maraqlı fətva yayıb.
AzNews.az-ın Lent.az-a istinadən məlumatına görə, fətvada bildirilir ki, "məcburiyyət olmasa, qadınların qaşlarının, üzlərinin tüklərinin alınması dini baxımdan haramdır". Eyni zamanda bildirilib ki, əgər bu məqam qadının psixologiyasına pis təsir edirsə, bunu məqbul saymaq olar.
Açıqlamada o da qeyd edilir ki, İslam dinində zərurət olmadığı halda insanın üzündə nəyisə dəyişdirmək günahdır.