Bu gün Moskvanın qərb hissəsində üç nəfər Rusiya Coğrafiya Cəmiyyətinin üzvü, erməni əsilli səyyah və publisist Andranik Süleymanyana hücum edərək, onu döymüş və əlindəki sənədlərlə dolu qovluğu oğurlamışlar. Bu gün Moskvanın qərb hissəsində üç nəfər Rusiya Coğrafiya Cəmiyyətinin üzvü, erməni əsilli səyyah və publisist Andranik Süleymanyana hücum edərək, onu döymüş və əlindəki sənədlərlə dolu qovluğu oğurlamışlar.

Erməni səyyahı döydülər - Moskvada

Bu gün Moskvanın qərb hissəsində üç nəfər Rusiya Coğrafiya Cəmiyyətinin üzvü, erməni əsilli səyyah və publisist Andranik Süleymanyana hücum edərək, onu döymüş və əlindəki sənədlərlə dolu qovluğu oğurlamışlar.


AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, erməni səyyah evinin yaxınlığında döyülüb. Döyüldükdən sonra o, polisə və təcili yardıma zəng edərək hadisə barədə xəbər verib.

Həkimlər Süleymanyanın hər iki gözünün ətrafında, üzündə və baş nahiyəsində çoxsaylı hematomaların olduğunu bildiriblər.

Polis hücum edənləri tuta bilib. Onların üçü də Özbəkistan vətəndaşlarıdır.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.