Rusiyada təyyarə qəzası - Pilot və sərnişinlər həlak oldular

Rusiyanın Orenburq vilayətində An-2 markalı təyyarə qəzaya uğrayıb.


AzNews.az Report-a istinadən xəbər verir ki, qəza zamanı təyyarənin pilotu və bütün sərnişinləri həlak olublar.

Orenburq vilayətinin rəsmiləri qəza nəticəsində azı üç nəfərin həlak olduğunu bildiriblər.

İlkin ehtimala görə, qəzanın səbəbi kimi texniki nasazlıq göstərilir. Faktla bağlı araşdırma aparılır.