Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə və regionda vəziyyətə dair təcili toplantı çağırıb. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə və regionda vəziyyətə dair təcili toplantı çağırıb.

Ərdoğan təcili toplantı çağırdı

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə və regionda vəziyyətə dair təcili toplantı çağırıb.


Bu barədə AzNews.az Report-a istinadən xəbər verir.

Toplantıda Türkiyənin baş naziri Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, daxili işlər naziri Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

Toplantı əvvəlcədən prezidentin gündəlik iş qrafikinə daxil edilməmişdi. Bu səbəbdən baş nazir Əhməd Davudoğlu Niderlanda səfərini təxirə salmalı olub.