- Köhnə - Region
- 17 Fevral 2016 23:43
- 8 913
Ankarada terror - 28 ölü, 61 yaralı (Yenilənib, Video)
Ankarada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.
Türkiyə hökümətinin sözçüsü Numan Kurtulmuş bildirib ki, hadisə nəticəsində 61 nəfər də yaralanıb.***
23:12
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında bildirib ki, hadisə yerində 20-21, xəstəxanada isə 3 nəfərin həyatını itirməsi barədə xəbər var.
Onun sözlərinə görə, 61 nəfər isə yaralıdır.
***
22:41
Ankarada baş vermiş terror hadisəsində 18 nəfər ölüb. 45 nəfər yaralanıb.
Bu barədə Ankara Valiliyinin son açıqlamasında bildirilib.
Məlumata görə, Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına bombalı hücum edilib.
***
21:41
Ankarada baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb.
Hadisənin terror aktı olduğu və bombalı bir maşınla törədildiyi bildirilir.
APA
***
21:31
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.
Partlayışın hərbi maşınların olduğu ərazidə baş verdiyi bildirilir.
Ankara valisi Mehmet Kılıçlar hadisə nəticəsində 5 nəfərin öldüyünü, 10 nəfərin xəsarət aldığını bildirib.
Onun sözlərinə görə, partlayış bomba yüklü avtomobil vasitəsilə həyata keçirilib.
Hadisə yerində xeyli sayda təcili tibbi yardım və yanğınsöndürmə maşınları var.
Partlayışın Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə baş verdiyi deyilir.
Trend