Rusiya Türkiyəyə nəql etdiyi qazın həcmini azaldıb. Rusiya Türkiyəyə nəql etdiyi qazın həcmini azaldıb.

Rusiya Türkiyəyə nəql etdiyi qazın həcmini azaltdı

Rusiya Türkiyəyə nəql etdiyi qazın həcmini azaldıb.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Rusiya milli energetika təhlükəsizliyi fondunun rəhbəri Aleksey Qrivaç bildirib ki, Türkiyəyə gündəlik qaz nəqlinin azaldılmasının səbəbi Ankaranın ödəmə ilə bağlı öhdəliyi tam yerinə yetirməməsidir.


"Türkiyənin özəl şirkətləri qaz nəqlinə görə bu ilin yanvar ayına olan ödəməni ediblər. Lakin "Qazprom Export" şirkəti ödənilən məbləğdən daha çox qaz nəql edib. Bu səbəbdən Türkiyəyə təbii qazın gündəlik nəqli azaldılıb", - A.Qrivaç bildirib.

Bununla yanaşı, Qrivaç bəyan edib ki, qaz nəqlinin azaldılması son vaxtlar Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi ilə heç bir əlaqəsi yoxdur və bu sadəcə kommersiya xarakteri daşıyır.

Onu da bildirək ki, "Qazprom" şirkəti 2015-ci ilin sonlarında Türkiyənin özəl şirkətləri üçün güzəştləri ləğv edib.

Türkiyənin "Bosphorus Gaz", "Enerco Enerji", "Batı Hattı", "Kibar Enerji", "Avrasya Gaz" və "Shell Enerji" özəl şirkətlərinin Rusiya ilə qaz nəqlinə dair müqavilələri var.

Türkiyəyə təbii qaz nəql edən ölkələrin payı (%-lə)

Rusiya - 54,76%
İran - 18,13%
Azərbaycan - 12,33%
Əlcəzair - 8,48%
Nigeriya - 2,87%

Ankara və Moskva arasında münasibətlər ötən ilin noyabr ayında Türkiyə hərbi hava qüvvələri tərəfindən Rusiya ordusuna məxsus təyyarənin sərhəddə vurulmasından sonra pisləşib. Bu hadisədən sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Hazırda iki ölkə arasında gərginlik davam edir.