Mardində atışma – 3 əsgər şəhid oldu

Türkiyənin Mardin şəhərində terrorla mübarizə əməliyyatı davam etdirilir.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səhər saatlarında Mardinin Dargeçit bölgəsində PKK-lı silahlılarla əsgərlər arasında atışma baş olub. Atışma nəticəsində 3 əsgər şəhid olub, 8 PKK-lı öldürülüb.

Aydan Axundova