- Köhnə - Region
- 7 Mart 2016 23:59
- 5 335
Rusiyada evdə yanğın - Üç azyaşlı yanaraq öldü
Rusiyanın Həştərxan vilayətinin Kamızyaksk rayonunda fərdi evdə güclü yanğın baş verib.
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 azyaşlı uşaq ölüb.
"Yanğının lokallaşdırılması zamanı 2011, 2013 və 2014-ci il təvəllüdlü üç uşağın meyiti çıxarılıb. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kim olmayıb", deyə Rusiya Fövqəladə nazirliyinin Həştərxan vilayəti üzrə idarəsindən bildiriblər.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub.
Faktla bağlı polis və prokurorluq orqanları araşdırma aparır.