- Köhnə - Region
- 2 Aprel 2016 20:43
- 7 623
“Həmsədrlər ədalətli olsaydı, belə hadisələr baş verməzdi“ - Ərdoğan
"Çox təəssüf ki, necə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə Minsk qrupu həmsədrləri laqeyd yanaşdığı üçün bizi bu mənzərə ilə qarşı-qarşıya qaldıq".
AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu bu gün cəbhə xəttində baş vermiş gərginliyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, əgər Minsk Qrupuna həmsədrlik edənlər ədalətli, qərarlı bir şəkildə nəticə hasil edən addımlar atsaydılar, belə hadisələr baş verməzdi.