Rusiya erməni əsgərlərə kömək edəcək

Ermənistanda qana ehtiyac yaranıb.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Ria Novisti agetliyi Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinə istinadla xəbər yayıb. Məlumatda bildirilir ki, qana ehtiyac Rusiyanın Ermənistandakı hərbi bazalarındakı əsgərlər tərəfindən qarşılanacaq.

"Aksiyada 300-dən çox hərbi qulluqçu iştirak edir".
Hərbi qulluqçular 100 litr qan verəcək. Rusiyanın Gümrüdəki hərbi bazasından isə hər bir hərbçi təxminən 200 millilitr qan verməlidir. Yığılan qan Ermənistanın tibb məntəqələrinə göndəriləcək.

Rusiya hərbi bazalarındakı qanvermə aksiyası "donor ol, insana həyat hədiyyə et!" şüarı altında keçirilir.

"Aksiyada 300-dən çox hərbi qulluqçu, onların ailə üzvüləri və bazaların İrəvan qarnizonları iştirak edir. Hər hərbi qulluqçudan orta hesabla 200 millilitr qan alınacaq. İstəyənlər 350-400 millilitr qan verə bilərlər", - deyə mətbuat xidmətindən bildirilib.