Suriyalı ermənilər Almaniyaya yerləşdirilə bilər

Almaniya Suriyalı qaçqınlara sığınacaq verməyə hazırdır. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, alman xəbər agentliyi Deutsche Welle "Suriyalı xristianlar təzyiq altındadır" başlıqlı məqalə yayımlayıb.

Agentliyin yazdığına görə, Əsəd dövründə ölkənin xristian azlığı sülh şəraitində yaşayıb. Ancaq indi onların şəraiti hər ötən gün daha da pisləşir. Agentlik daha sonra yazıb ki, suriyalı xristianlara Almaniya sığınacaq verəcək və bu məsələ müzakirə mövzusu deyil.

Qeyd edək ki, Ermənistan mətbuatı da məsələyə geniş yer verib və bu imkandan yararlanmağa çalışırlar. Hesab edirlər ki, Suriyalı ermənilər Almaniyada yerləşdirilə bilər. Bu həm Avropada möhkəmlənmək həm Ermənistanın yükünü azalması demək olar.

Sadiq Musa
AzNews.az