- Köhnə - Region
- 18 Aprel 2016 22:44
- 4 581
Rusiyadan Türkiyə vətəndaşlarına növbəti - Qadağa
Rusiya xidməti və xüsusi işlərlə bağlı ölkəyə səfər edəcək Türkiyə vətəndaşlarına viza tətbiq edib.
Bu barədə Rusiyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rəsmi Moskvanın 2016-cı ilin yanvarın 1-dən etibarən ümumi pasport sahiblərinə tətbiq etdiyi viza qadağası xidməti və xüsusi pasport sahiblərinə də aid ediləcək.
Bununla bağlı, Moskva Ticarət Müşavirliyi Rusiyaya səfər edəcək Türkiyə vətəndaşlarına xəbərdarlıq edib.
azvision.az