- Köhnə - Region
- 26 Aprel 2016 22:17
- 8 054
Rusiya Ermənistana 7 milyon - “çörək pulu“ ayırdı
Rusiya höküməti Ermənistanda məktəblərin qidalanma sisteminin inkişafı üçün 7 milyon dollar ayıracaq.
Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev sərəncam imzalayıb. Sərəncama əsasən, Rusiya 2016-2017-ci illərdə bu sistemin inkişafına dair layihənin həyata keçirilməsi üçün Ümumdünya Qida Proqramı Fonduna 7 milyon dollar ödəyəcək.
Bununla bağlı müvafiq sənəd Rusiya hökumətinin hüquqi informasiya portalında yerləşdirilib.
Layihəyə əsasən 7 milyon dolların yarı hissəsi 2016-ci ildə, digər yarısı isə 2017-cu ildə ödəniləcək.
Ans press