Rusiya Federasiyası Dövlət Dumasına seçkilərin tarixi müəyyənləşdirilib. Rusiya Federasiyası Dövlət Dumasına seçkilərin tarixi müəyyənləşdirilib.

Putindən seçkilərlə bağlı qərar - Rusiya sentyabrda deputat seçəcək

Rusiya Federasiyası Dövlət Dumasına seçkilərin tarixi müəyyənləşdirilib.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin deputat seçkilərinin tarixini 18 sentyabr tarixinə təyin edib.

Qeyd edək ki, seçkilər qarışıq seçki sistemi üzrə keçiriləcək: 225 deputat partiya siyahıları (proporsional seçki sistemi) üzrə, qalanları isə birmandatlı dairələr (majoritar sistem) üzrə seçiləcək. VII çağırış Dövlət Dumasına cəmi 450 deputat daxil olacaq. Proporsional sistem üzrə parlamentə düşmək üçün, partiyalara beş faizlik baryeri keçmək lazımdır. Namizədlərə dairələrdə seçicilərin əksəriyyətinin səsini almaq kifayətdir.

Xatırladaq ki, bir müddət öncə parlamentin spikeri Sergey Narışkin seçki kampaniyasında 70-dən çox siyasi partiyanın iştirak edə biləcəyini bildirmişdi.

Aydan AXUNDOVA